Oktyabrın 10-dan 14-dək Rusiyanın Yakutsk şəhərində Dmitri Korkinin xatirəsinə sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək.

Offsideplus.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, yarışda ölkəmizi yığmamızın böyük məşqçisi Zəlimxan Hüseynovun rəhbərliyi altında Pərviz İbrahimov (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Abubakr Abakarov (79 kq) və Aleksandr Qostiyev (86 kq) təmsil edəcəklər.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Bəşir İsazadə Memorialda ədaləti qoruyacaq.