Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında Azərbaycanı təmsil edən Rafiq Hüseynov final görüşünə çıxıb. 

Offsideplus.az xəbər verir ki, 82 kq çəki dərəcəsində yer alan Hüseynov finalda gürcüstanlı Laşa Qobadze ilə qarşılaşıb. Rəqibinə 3:5 hesabı ilə uduzan Hüseynov gümüş medalla kifayətlənib.