Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatının ikinci yarış günündə yunan-Roma güləşi üzrə 67 kq, 87 kq və 97 kq çəki dərəcələrində mübarizə gedir. 

Offsideplus.az xəbər verir ki, ilk yarış günü ilə müqayisədə bugünkülər olimpiya çəki dərəcələri sayılır. Hər çəkidə ilk "6-lığ"a düşən pəhləvanlar olimpiadaya lisenziyanı təmin edəcəklər. Bunun üçün ən azı yarımfinaladək və ya bürünc medal görüşünədək irəliləmək lazımdır.

Azərbaycanı bu çəkilərdə dünya çempionu, "Bakı 2015" I Avropa Oyunlarının qalibi və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Rəsul Çunayev, builki Avropa çempionatının və "Minsk 2019" II Avropa Oyunlarının gümüş mükafatçısı İslam Abbasovla yanaşı, Orxan Nuriyev təmsil edir. Onlardan Çunayev mübarizəyə təsnifat, Abbasovla Nuriyev isə 1/16 final mərhələsindən başlayıb.

Dünya çempionatı

15 sentyabr

67 kq

1/16 final. Rəsul Çunayev - Hansu Ryu (Cənubi Koreya) - 1:2
Təsnifat. Rəsul Çunayev - Mate Kraşnay (Macarıstan) - 8:0 (vaxtından əvvəl tam üstünlüklə)

87 kq

1/8 final. İslam Abbasov - Ramin Soltanmorad Taherisərtəng (İran) - 0:6
1/16 final. İslam Abbasov - Qurami Xetsuriani (Gürcüstan) - 4:0

97 kq
1/16 final. Orxan Nuriyev - Yerulan İskakov (Qazaxıstan) - 1:2