Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb. 

Offsideplus.az xəbər verir ki, 82 kq çəkidə mübarizə aparan təmsilçimiz yarımfinalda Said Morad Abdvalla (İran) qarşılaşıb.

Rəqibinə 8:5 hesabıyla qalib gələn idmançımızın adını finala yazdırıb. Rafiq Hüseynov finalda Laşa Qobadze (Gürcüstan) ilə qarşılaşacaq.