Bu gün Əbu-Dabidə UFC-242 axşamı çərçivəsində UFC üzrə dünya çempionu, Rusiyanı təmsil edən Həbib Nurməhəmmədovun çempionluğa namizəd olan amerikalı Dastin Poryeyə qarşı döyüşü keçiriləcək.


Offsideplus.az istinadən xəbər verir ki, Əbu-Dabidə baş tutacaq döyüşlər Bakı vaxtı ilə saat 22.00-da başlayacaq. Həbib Nurməhəmmədovla Dastin Porye ən sonda rinqə çıxacaq.

Döyüşü Rusiyanın "Boeç Tv" və Türkiyənin "S Sport" kanallarında canlı yayımlanacaq. Hələ ki, heç bir Azərbaycan TV-si döyüşü canlı yayımlayacağını açıqlamayıb.