Sentyabrın 14-də Qazaxıstanın paytaxtı Nur-Sultanda start götürəcək dünya çempionatı üçün Azərbaycanın sərbəst və yunan-Roma güləşi üzrə milli komandalarının heyəti açıqlanıb.

Offsideplus.az-ın məlumatına görə, bununla əlaqədar Olimpiya Güləş Mərkəzində açıq məşq təşkil olunub. 

Yunan-Roma güləşçiləri: Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov ( 60 kq), Elman Muxtarov (63 kq), Rəsul Çunayev (67 kq), Sənan Süleymanov (72 kq), Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev 97 kq), Beka Kandelaki (130 kq)

Qadın güləşçilər: Mariya Stadnik (50), Türkan Nəsirova (53), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), Elis Monolova (65 kq), İrina Netreba (68 kq), Səbirə Əliyeva (76 kq)

Sərbəst güləşçilər: Mahir Əmiraslanov (57 kq), Axmednabi Qvarzatilov (61 kq), Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Xadjimurad Qadjiyev (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Şamil Zubairov (92 kq), Şərif Şərifov (97 kq), Cəmaləddin Məhəmmədov (125 kq). 

Qeyd edək ki, dünya çempionatına sentyabrın 22-də yekun vurulacaq.