Azərbaycanın yunan-Roma növü üzrə güləşçisi Rafiq Hüseynov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Qran-pri turnirində finala yüksəlib.

Offsideplus.az xəbər verir ki, 82 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Ermənistan təmsilçisi Maksim Manukyanı məğlubiyyətə uğradıb. Hüseynov rəqibinə tam üstünlüklə - 9:1 hesabı ilə qalib gəlib.