“Minsk 2019” II Avropa Oyunlarında çıxış edəcək Azərbaycanın güləş yığmalarının yekun heyətləri açıqlanıb.

Offsideplus.az xəbər verir ki, yarışlarda ölkəni 16 pəhləvan - sərbəst güləşdə 6, yunan-Roma və qadın güləşinin hər birində 5 nəfər təmsil edəcək. Yekun heyətdə fiziki hazırlığı istənilən səviyyədə olmayan olimpiya çempionu Toğrul Əsgərovu Hacımurad Hacıyev, çəki problemi olan Cəbrayıl Həsənovu isə Aleksandr Qostiyev əvəzləyib.

Sərbəst güləş: Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Aleksandr Qostiyev (86 kq), Nurməhəmməd Hacıyev (97 kq), Cəmaləddin Məhəmmədov (125 kq);

Yunan-Roma güləşi: Sakit Əliyev (60 kq), Kərim Cəfərov (67 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq), Sabah Şəriəti (130 kq);

Qadın güləşi: Mariya Stadnik (50 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (68 kq), Səbirə Əliyeva (76 kq)

Güləş yarışları 25 – 30 iyunda olacaq.

Qeyd edək ki, Azərbaycan yığması 21 - 30 iyunda keçiriləcək II Avropa Oyunlarında 82 idmançı ilə təmsil olunacaq.