Dağıstanlı döyüşçü, yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov Mahaçqaladakı gecə klublarından birində qvardiya zabitinin qətlindən sonra Dağıstanda belə müəssisələrin bağlanmasını təklf edib.
Offsideplus.az xəbər verir ki, bu barədə idmançı öz "Instagram" səhifəsində yazıb.
Həbib bu tip əyləndirici klubların bağlanmasına çağıran yerli bloqqerin videosunu paylaşaraq yazıb. "Tam dəstəkləyirəm. Həmvətənlərimə sualım var: bu gecə klubları cəmiyyətimizə nə fayda verir?", - deyə o bildirib.