Bakı buxtasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə yelkənli qayıq yarışı keçiriləcək.

Offsideplus.az xəbər verir ki, reqatanın ilk mərhələsi mayın 9-da saat 11:00-da Dənizkənarı milli parkda (Yaxt-klub ərazisində) baş tutacaq. Həmin gün yelkənçilərin yarışına start veriləcək.

Ümumilikdə 30 yelkənçinin iştirak edəcəyi yarışda idmançılar 4 sinif (“Optimist”, “Laser-standard”, “Laser 4.7” “Laser-radial”) üzrə mübarizə aparacaqlar. Yarışa mayın 11-də yekun vurulacaq. Həmin gün yarışın qaliblərinin mükafatlandırılması ilə yanaşı, bulvarda müxtəlif əyləncəli proqramlar, oyunlar və viktorinalar da təşkil olunacaq.(allsport.az)