Rusiya Olimpiya Komitəsinin (OKR) Beynəlxalq Olimpiya Komitəsində (İOC) üzvlüyü bərpa olunub.

Offsideplus.az xəbər verir ki, bu barədə "R-Sport" bir neçə mənbəyə istinadən məlumat yayıb.

Xatırladaq ki, Rusiyanın üzvlüyü 5 dekabr 2017-ci ildə dayandırılmışdı. Nəticədə Rusiya idmançıları 9 - 25 fevralda Cənubi Koreyanın Pxençxan şəhərində keçirilmiş Qış Olimpiya Oyunlarına "Rusiyalı olimpiyaçı atlet" (OAR) statusunda qatılıblar. Onlar 2 qızıl, 6 gümüş, 9 bürünc medal qazanıblar.

Mənbə: Goal.az