• 07.08.2019 21:29

    Rəqib baş məşqçi: “Bakıya qələbə qazanmağa gəlmişik”

    "Neftçi" çox güclü komandadır. Bizim Bakıya gəlməkdə məqsədimiz qələbə qazanmaqdır. "Neftçi" güclüdür. Ancaq hər bir klubun məqsədi qalib gəlməkdir. Biz də buraya qalibiyyət üçün gəlmişik. Bu, futboldur, istənilən nəticə qeydə alına bilər. Bizim üçün önəmli olan hər iki görüşdə sərfəli nəticə qazanmaqdır". 

  • 07.08.2019 14:41

    “Neftçi" - “Bney Yahuda" oyunu üçün biletlərin yarısı satıldı

    “Neftçi"nin UEFA Avropa Liqasının III təsnifat mərhələsində İsrail “Bney Yahuda"sı ilə Bakıda keçirəcəyi ilk oyunu üçün satılan biletlərin sayı bəlli olub.

  • 06.08.2019 12:41

    "Neftçi"nin rəqibinin büdcəsi açıqlandı

    Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi”nin rəqibi olan "Bney Yehuda”nın 2019/20 mövsümü üçün büdcəsi açıqlanıb.
  • 05.08.2019 16:32

    Avroliqada pley-offun bütün cütlükləri

    UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.
  • 05.08.2019 16:00

    "Neftçi"nin Avroliqanın "pley-off"unda potensial rəqibləri müəyyənləşdi - YENİLƏNİB

    Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.

  • 05.08.2019 15:16

    "Neftçi" - "Bney Yehuda" oyununun biletləri satışa çıxarıldı

    UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Bney Yehuda” oyununun biletləri bu gün satışa çıxarılıb. 

  • 04.08.2019 22:19

    “Neftçi” - “Arsenal” oyununun ən yaxşısı məlum oldu

    "Neftçi”nin Avropa Liqasının 2-ci təsnifat mərhələsində Rusiyanın “Arsenal” (Tula) klubu cavab matçının ən yaxşıları məlum olub. 

  • 03.08.2019 11:15

    "Neftçi" və "Qarabağ"ın potensial rəqibləri bəlli oldu

    Avqustun 5-də UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

  • 02.08.2019 19:37

    "Neftçi"nin rəqibini yaxından tanıyaq

    “Neftçi” UEFA Avropa Liqasının III təsnifat mərhələsində İsrailin “Bney Yehuda” klubu ilə üz-üzə gələcək. Paytaxt təmsilçisi bu komanda ilə ilk oyununu avqustun 8-də Təl-Əvivdə keçirəcək. Cavab oyunu isə bundan bir həftə sonra Bakıda baş tutacaq.

  • 02.08.2019 14:13

    "Neftçi"dən mükəmməl göstərici

    “Neftçi” klubu bu mövsüm Avroliqaya uğurlu start verib. 

  • 02.08.2019 10:31

    Azərbaycanlı blogger "Neftçi"nin qələbəsinə 1 milyon pul qoydu və...

    Rusiyada məşhur olan azərbaycanlı blogger Sübhan Məmmədov  "Neftçi"nin "Arsenal" üzərində qələbəsinə əvvəlcədən 1 milyon rubl qoymağa cəsarət edib.

  • 01.08.2019 22:31

    "Neftçi" növbəti mərhələdə, "Qəbələ" Avroliqa ilə vidalaşdı

    Bu gün UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulacaq. Offsideplus.azxəbər verir ki, təmsilçilərimizdən “Neftçi” də cavab matçına çıxıb. Roberto Bordinin komandası evdə Rusiyanın "Arsenal" klubunu qəbul edib. Tuladakı matçda 1:0 hesabı ilə qalib gələn "ağ-qaralar" bu dəfə rəqib qapısından 3 cavabsız top keçirərək növbəti mərhələyə yüksəlib.

    Qeyd edək ki, "Neftçi" 3-cü mərhələdə İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşacaq.

    Təmsilçilərimizdən “Qəbələ” də cavab matçına çıxıb.

    Sənan Qurbanovun komandası Gürcüstanda “Dinamo”nun qonağı olub. Qəbələdəki görüşdə Tbilisi təmsilçisinə 0:2 hesabı ilə uduzan “qırmızı-qaralar” bu dəfə rəqibin 3 cavabsız qoluna üzülüb.
    Beləliklə, Azərbaycan kubokunun qalibi Avroliqa ilə erkən vidalaşıb.

  • 01.08.2019 20:04

    "Neftçi" - "Arsenal": start heyətlər açıqlandı

    Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində saat 21:00-da başlayacaq “Netçi” – “Arsenal” (Tula) matçı üçün heyətlər açıqanıb. 

  • 26.07.2019 20:08

    Mostovoy: “Arsenal”ın bəxti gətirdi”

    Rusiya millisinin və “Spartak”ın sabiq yarımmüdafiəçisi Aleksandr Mostovoy Tula “Arsenal”ının Avropa Liqasının ikinci mərhələsinin ilk oyununda “Neftçi”yə məğlubiyyətini (0:1) şərh edib. 

  • 26.07.2019 18:06

    "Neftçi" - "Arsenal" oyununun hakimləri məlum oldu

    UEFA Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək "Neftçi” – "Arsenal” oyununun hakim təyinatları açıqlanıb. 

  • 26.07.2019 12:31

    "Neftçi" Azərbaycanın xalını artırdı

    UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb. 

  • 25.07.2019 22:50

    "Neftçi" qələbə ilə qayıdır

    UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları davam edir. 

    Offsideplus.azxəbər verir ki, təmsilçilərimizdən “Neftçi” də bu gün ilk matçına çıxıb. Roberto Bordinin komandası səfərdə Rusiyanın “Arsenal” klubu ilə qarşılaşıb. Görüş "ağ-qaralar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, Tula təmsilçisinin Avropa kuboklarında debüt oyunu ola

    Qeyd edək ki, komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda olacaq.

    21:00. "Arsenal" (Tula, Rusiya) - "Neftçi" (Azərbaycan) 0:1

    Qol: Dario Federiko, 45+1
    Baş hakim: Enea Yorci (Albaniya)
    Tula (Rusiya), "Arsenal" mərkəzi stadionu.

    Heyətlər:

    "Arsenal": 36. Mixail Levaşov, 6. Maksim Belyayev, 8. Gia Qriqalava, 9. Kiril Kombarov (k), 11. Sergey Tkaçev, 20. Qoran Çauşiç, 21. Viktor Alvares, 22. Daniel Lisovıy, 23. İqor Qorbatenko, 29. Lamek Banda, 30. Aleksandr Tudor.

    "Neftçi": 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voyislav Stankoviç, 25. Kiril Petrov, 26. Ömər Buludov, 28. Stiven Monroz, 36. Mamadu Kane, 93. Soni Mustivar, 8. Emin Mahmudov (k), 10. Dario Federiko, 19. Rauf Əliyev

  • 25.07.2019 20:27

    "Arsenal" - "Neftçi": start heyətlər açıqlandı

    UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində saat 21:00-da başlayacaq "Arsenal" (Tula) - "Neftçi" oyunu üçün heyətlər açıqlanıb. 

  • 24.07.2019 18:33

    Rus məşqçi: "Neftçi" favorit sayılacaq səviyyədə deyil"

    Tula "Arsenal"ının keçmiş baş məşqçisi Sergey Kiryakov Rusiya mətbuatına müsahibə verib.

  • 23.07.2019 15:06

    Bordinin mətbuat konfransının vaxtı açıqlanıb

    UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Arsenal” – "Neftçi” oyunu öncəsi paytaxt təmsilçisinin baş məşqçisi Roberto Bordinin və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Tədbir iyulun 24-də baş tutacaq.

Sorğu

"Liverpul" bu il İngiltərə çempionu ola biləcəkmi?