"Yuventus"un və Portuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldonun bacısı Katya Aveyru koronavirus pandemiyasının yalan olduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, o "Instagram" hesabında qardaşının COVID-19 testinin müsbət çıxmasına reaksiya verərkən bunu fırıldaqçılıq adlandırıb:
"Kriştiano bütün dünyanı oyatmağa kömək etsə, aydın olacaq ki, bu portuqaliyalını Allahın özü göndərib. Çox sağ ol! İnanıram ki, minlərlə insan da mənim kimi pandemiya, testlər, ehtiyat tədbirlərini anlayacaq. Bu, həyatımda ən böyük fırıldaqçılıqdır. Bu gün "Bəsdir dünyanı aldatdınız" ifadəsini oxuyaraq, alqışladım. Zəhmət olmasa, gözlərinizi açın".
Qeyd edək ki, Kriştianu Ronaldu 10 gün özünü təcrid etməli və "Yuventus"un ən azı iki oyununu buraxmalıdır.