"Yuventus"sun hücumçusu Kriştiano Roanldo avtomobil kolleksiyasına yenisini əlavə edib.

 Offsideplus.az xəbər verir ki, portuqal ulduz "Bugatti Centodieci" markalı avtomobil üçün 8 milyon avro ödəyib.

Cristiano Ronaldo 'treats himself to incredibly rare £8.5m Bugatti ...

 "Bugatti Centodieci" məhdud buraxılışlı avtomobildir. Fransa firmasının yaradılmasının 100 illiyənə həsr olunan limitli seriyasından olan modeldən 10 ədəd hazırlanacaq.

Ronaldonun bu avtomobili "Yuventus"la A Seriyadakı çempionluq şərəfinə aldığı bildirilir. Futbolçu maşını 2021-ci ildə əldə edəcək.

Ötən gün Ronaldonun 6 milyon avroya yaxta aldığı məlum olmuşdu.