Məşhur serbiyalı basketbolçu Militsa Daboviç açıqlaması ilə diqqətləri çəkib.

Offsideplus.az xəbər verir ki, 38 yaşlı idmançı 2009-cu ildə "Beşiktaş"dan "Palero"ya keçidi barədə danışıb.

O, Yunanıstan klubunun prezidentinin onunla cinsi münasibətdə olmaq istədiyi üçün transfer etdiyini deyib:

"2009-cu ildə "Beşiktaş"dan Yunanıstan klubuna getdim. Klub prezidenti mənə bir gecəlik münasibət təklif etdi. Onun cinsi əlaqədə olmaq istəyini qəbul etmədim. Buna görə 3 ay maaşımı vermədilər və sonra da müqaviləmi pozdular. Ayaqlarımı pul üçün açmadım və buna görə qürurlu insanam. Vicdanım sakitdir və gecələr rahat yatıram".