Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) XXI əsrdə yerli çempionatlarda ən çox qol vuran futbolçuları müəyyənləşdirib.

Offsideplus.az xəbər verir ki, araşdırmasında 2001-ci ildən 2020-ci ilə qədər vurulan qollar nəzərə alınıb.

İtaliyanın "Yuventus" klubunun hücumçusu Kriştiano Ronaldo 462 qolla birinci olub. İspaniya "Barselona"sının ulduz futbolçusu Lionel Messi 451 qolla ikinci, İtaliyanın "Milan" klubunun təcrübəli forvardı Zlatan İbrahimoviç isə 379 qolla üçüncü pillədə qərarlaşıb. 40 yaşlı oyunçu XX əsrdə də oynayıb, amma cəmi 13 dəfə fərqlənə bilib.