Dieqo Armando Maradonanın meyiti ilə foto çəkdirən işçilərdən biri öldürülüb.

Offsideplus.az-ın məlumatına görə, bu barədə Argentina mətbuatında xəbər yayılıb. Naməlum şəxslər tərəfindən güllələnən işçinin cəsədinin şəhərkənarı ərazilərin birində tapıldığı bildirilir.

Qeyd edək ki, Maradonanın tabutunu açıb meyiti ilə şəkil çəkdirən iki şəxs sonradan işdən qovulmuşdular. Bir müddət öncə isə onlara ölüm təhdidləri gəldiyi bildirilmişdi.

 

127993794 399371318171739 6547245241852989635 n