Erməni tankını vuraraq taboru xilas edən Niftalizadə Niyamin Xaliq oğlu "Fənərbağça" klubunun qatı azarkeşlərindən biri olub. İstanbul təmsilçisi azarkeşi olduğu şəhidimizlə bağlı paylaşım edib.

Offsideplus.az rəsmi saytına istinadən xəbər verir ki, dəfn olunan gün anasının istəyi ilə oğlunun məzarı üstünə sarı güllər düzülüb, "Fənərbağça forması qoyulub.

Klub “Fənərbaxça” azarkeşi olan Niyaminlə bağlı paylaşımında bunları qeyd edib: “Azərbaycan ordusunda xidmət edərkən şəhid olan Niyamin Niftalızadəyə Allahdan rəhmət diləyirik, yaxınlarına və Azərbaycan xalqına başsağlığı veririk".

 

128402161 399160704859467 7865003723240332865 n copy