Beynəlxalq Futbol Federasiyası Assosiasiyası (FİFA) özünün bütün 211 assosiasiyasına əfsanəvi Dieqo Maradonanın xatirəsini bir dəqiqəlik sükutla anmağı xahiş edib.

Offsideplus.az xəbər verir ki, bu barədə federasiyanın bəyanatında açıqlama verilib:

"Futbol dünyası Dieqo Armando Maradonanın ölümünə ağlayır, buna görə FIFA bu gün 211 assosiasiyaya, yarışların təşkilatçılarına qarşıdakı istirahət günlərində hər matçda sükut dəqiqəsi ilə anmaqla bağlı müraciət etdi".

Xatırladaq ki, Maradona noyabrın 25-də 60 yaşlı ürək tutmasından vəfat edib.