UEFA-nın Etika və İntizama Nəzarət Komitəsinin bu gün baş tutan iclasında "Qarabağ" rəsmisi Nurlan İbrahimovun işinə baxılıb.

Offsideplus.az xəbər verir ki, Avropanın ali futbol qurumunun noyabrın 4-də çıxardığı müvəqqəti qərar qüvvəyə minib. Belə ki, UEFA "Qarabağ"ın mətbuat katibinin futboldan ömürlük uzaqlaşdırılmasını qərara alıb. "Qarabağ"a isə 100 min İsveçrə frankı (187 min manat) )məbləğində cərimə kəsilib.

Qeyd edək ki, İbrahimov ermənilərin Gəncəyə atdığı raket nəticəsində dünyasını dəyişən körpələrin fotolarından qıcıqlanaraq, şəxsi feysbuk statusunda "ermənilərin körpələri, qadın və qocaları da öldürülməlidir" sözlərinı yazmışdı.