"Nə aparırlar aparsınlar, bizə torpaq lazımdır... Etirazınız nəyədir, müharibə istəyirsiz, gəlin döyüşək, döyüşməyəcəksiz axı, qorxursuz..."

Offsideplus.az xəbər verir ki, bu sözləri "Zirə" futbol klubunun baş məşqçisi Rəşad Sadıqov Xəzər TV-də yayımlanan "Birinci Studiya" verilişində qonaq olarkən deyib. Əslən Kəlbəcərdən olan 38 yaşlı mütəxəssis yaşıl meydanlarda olduğu kimi döyüş meydanında da ermənilərin qaçdığını qeyd edib:

"Moskavada erməniləri udduq, növbəti il meydana çıxmaqdan qorxub avtobusa minib aeroporta qaçdılar. Ermənistan döyüş meydanında uduzduqdan sonra müharibəni davam etdirməkdən qorxub təslim olanda, həmin hadisəni xatırladım..."

Sadıqov İtaliyada olarkən erməni qadına oteldən uzaqlaşmağı tələb etdiyini bildirib. Belə ki, ətrafındakı oyunçulara sülh istədiyini bildirən qadın Qarabağın Azərbaycana məxsus olduğunu dilinə gətirə bilməyib. Bu səbəbdən Rəşad Sadıqov ermənidən uzaqlaşmasını xahiş edib:

"İtaliyada otelimizə erməni qadın gəldi. Gördüm, "bizə müharibə lazım deyil, sülh istəyirik" deyir. Sual verdim ki, Qarabağ kimindir. Cavab verə bilmədi. Xahiş elədim ki, uzaqlaş buradan..."
 
Daha ətraflı aşağıdakı videoda: