Şimali Koreyada həftələrdir hər kəsi təəccübləndirən hadisə baş verib. 

İdmançı qeyri-adi yolla ölkədən qaçmağa nail olub. Sonradan saxlanılsa da...

Offsideplus.az "The Korea Harold"a istinadən xəbər verir ki, orta yaxşlı kişi Şimali Koreyadan Cənubi Koreyaya qaçmaq həvəsinə düşüb və bunun üçün üsul fikirləşib. Bilməyənlərin nəzərinə çatdıraq ki, Şimali və Cənubi Koreya arasındakı münasibətlər son illər nisbətən yaxşılığa doğru dəyişsə da, vahid dövlət iddiası vaxtilə bu iki ölkə arasında ciddi münaqişlərə səbəb olub. Nəticədə iki ölkə arasında atəşkəs elan olunub və müvafiq ərazilərdə nəzarət postları qurulub.

Postların demək olar hamısı şəkildə göstərilən kimidir. Dəmirdən hasarlar çəkilib və dəmir dəmirlər elektrik cərəyanı ilə təmin olunub. Yəni kimsə ölkədən qaçmaq fikrinə düşsə, elektrik cərəyanının qurbanı olacaq. Və maket şəklindəki "əsgərlər".

Deməli, bu şəxs nə edib. Uzun illər gimnastika ilə məşğul olduğundan hündürə tullanmaq bacarığına sahib imiş. Buna baxmayaraq, elektrik cərəyanlı hasarlara toxunmaq qorxusu olub içində. Odur ki, təkan üçün dəmir parçası taparaq onun köməyindən yararlanıb. Yekunda istəyinə çatıb. Lakin lazım olan yerə getmək ona qismət olmayıb. Cənubi Koreyanın hərbçilərinin əlinə düşüb. Ölkəni tərk etmək istəyən şəxs mülki geyimdə olub deyə, dərhal diqqət çəkib.

Cinayətkar ələ keçiriləndən sonra hadisə yerinə baxış keçirilib. Hansısa qıfılın sındırılması, yaxud hasarların dağıdılması faktı aşkarlanmayıb. Hərbçilər həmin şəxsin istəyinə necə çatdığını soruşanda, əsl səbəb üzə çıxıb. O, uzun illər gimnasitika ilə məşğul olduğunu və 3 metrlik hündürlükdəki maneəni tək təkanla adlamaq üçün dəfələrlə məşq etdiyini boynuna alıb. Təkan üçün istifadə etdiyi dəmir parçasını göstrəndən və həmin hərəkəti təkrarlayandan sonra yanındakılar inanın.

Cinayətkar ölkəsinə təhvil verilsə də, insanlar uzun müddətdir belə bir halın necə baş verməsinin təsiri altındadır. İnsan bu dərəcədə bacarığa, bu cür ürəyə sahibdirmi?