Ötən gün ürəktutmasından vəfat edən əfsanəvi futbolçu Dieqo Armando Maradonanın kiçik oğlu Dieqo atasının ölüm xəbərini eşitdikdən sonra xəstəxanaya yerləşdirilib.
Offsideplus.az  xəbər verir ki, bu barədə jurnalist Tankerdi Palmeri öz tvitter hesabında məlumat verib.
O qeyd edib ki, mətbuat Maradonanın ölümündən sonra Dieqoya zəng edərək münasibət öyrənmək istəyib. Atasının ölüm xəbərini jurnalistdən eşidən Dieqonun vəziyyəti pisləşib və o, reanimasiyaya yerləşdirilib.