Futbol dünyasının məşhur simaları Dieqo Maradonanın ölümünə münasibət bildiriblər.

Offsideplus.az xəbər verir ki, "Futbol kralı" Pele argentinalı futbol əfsanəsinin ölümü barədə bu sözləri deyib:

"Belə dostları itirmək kədərlidir. Deyiləcək çox şey var, amma indi tək deyiləcək söz Tanrı ailəsinə güc versin. Şübhəsiz, bir gün səmalarda top qovacağımıza ümid edirəm.”

 

 

Digər futbol ulduzlarının Dieqo Maradonanın vəfatı ilə bağlı paylaşımları nəzərinizə çatdırırıq:

Kriştiano Ronaldo: "Bu gün dosta əlvida deyirəm, bütün dünya əbədi yaşayacaq dahi ilə vidalaşır. Ən yaxşılardan biri idi. Əvəzolunmaz bir sehrbaz idi. Çox tez aramızı tərk etdi, lakin bizlərə ucsuz-bucaqsız miras buraxdı. Nur içində yat. Heç vaxt unudulmayacaqsan".

 

 

Lionel Messi: "Futbol dünyası və Argentinalılar üçün çox kədərli gündür. O aramızdan ayrıldı, lakin bizi tərk etmədi: Dieqo əbədidir. Onunla keçirdiyim bütün gözəl anları xatırlayır və ailəsinə və dostlarına başsağlığı göndərirəm". 

 

 Məsut Özil:"Çox kədərli xəbərdir. Dünyanın gəlmiş keçmiş ən yaxşı "10" nömrəli futbolçularından biri. Sənin üçün darıxacağıq, əfsanə. Nur içində yat".

 

 

Serxio Ramos: "Dieqo Armando Maradona, "Tüklücə", "10" nömrə, "Tanrının əli", Pibe de Oro ... futbol. Təşəkkürlər Dieqo".