"Zirə" klubunun əsas heyətinə cəlb olunan Tamerlan Burcəliyev bir müddət öncə Vətən müharibəsində şəhid olan qardaşı İlqarın da adını formasında daşıyacaq.

Offsideplus.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov öz "Feysbuk" səhifəsində yazıb.

O, qeyd edib ki, “Zirə”nin bu təklifi ilə dərhal razılaşıblar.