FİFA Haiti Futbol Federasiyasının rəhbəri ilə bağlı yekun qərar qəbul edib.

Offsideplus.az qurumun saytına istinadla xəbər verir ki, dünyanın bir nömrəli futbol qurumu İva Jan-Bartanı futboldan ömürlük uzaqlaşdırıb. Buna federasiya rəhbərinin millinin təlim-məşq bazasında gənc xanım futbolçulara sekusal xarakterli hərəkətlər etməsi səbəb olub. Qızların arasında azyaşlıların da olması Jan-Bartanın işini bir az da çətinləşdirib.

Qeyd edək ki, adıçəkilən şəxs mayda işindən kənarlaşdırılsa da, haqqında yekun qərar verilməmişdi. Araşdırma aparılırdı.