Argentina millisinin futbolçusu Esekiel Palasiosun onurğası qırılıb.

Offsideplus.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi dünya çempionatının seçmə mərhələsində Paraqvayla 1-1 hesabı ilə bitən matçda zədələnib.

Oyunçu rəqibin futbolçusu Anxel Romero ilə mübarizədə xəsarət alıb.

Almaniyanın "Bayer" (Leverkuzen) klubunda çıxış edən Palasiosun bir neçə aydan sonra sıraya dönə biləcəyi bildirilib.