İspaniya millisinin futbolçusu Serxio Ramos yığmanın heyətində 176-cı matçına çıxıb.

Offsideplus.az xəbər verir ki, bu Niderlandla dünənki yoldaşlıq görüşündə (1:1) gerçəkləşib. Müdafiəçi bu göstərici ilə Avropa rekorduna şərik çıxıb. Ramos bununla da Canluici Buffonun Avropa rekorduna çatıb.

Qeyd edək ki, dünya rekordu Əhməd Həssənə məxsusdur. O, 1995-2012-ci illərdə Misir yığmasında 184 oyun keçirib.