Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Monteneqro ilə, “Qarabağ”ın isə Avropa Liqasının qrup mərhələsində İspaniya “Vilyarreal”ı ilə ev matçı neytral meydanda keçirilə bilər.
Offsideplus.az xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov İctimai televiziyada yayımlanan "Bol İdman" verilişində bu barədə danışıb.
O, UEFA rəhbərliyinin ölkədəki məsələrlərdən xəbərdar olduğunu bildirib: "Gəncə hadisələrindən də məlumat vermişik. Təbii ki, onların xəbəri var. Xəbərləri izləyirlər, tanış olurlar. Bütün dünya bu terror hadisəsi ilə bağlı fikrini səsləndirib. Ehtimal var ki, bu iki qarşılaşma neytral meydanda təşkil edilsin. Onlar prosesi yaxından izləyirlər, bilirlər ki, Ermənistan tərəfindən döyüş zonasından uzaqda mülki əhaliyə raketlər atılır. UEFA riskləri də anlayır, ona görə də düşünürəm ki, müvafiq qərarları olacaq. Ya da icazə verəcəklər ki, Bakıda oynayaq. Növbəti 48 saat ərzində və ya həftəsonu qərar ola bilər".
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının II turunda İspaniya "Vilyarreal"ını oktyabrın 29-da Tofiq Bəhramov adına Resublika Stadionunda qəbul etməlidir. Azərbaycan yığması Monteneqro ilə noyabrın 14-də qarşılaşacaq.