Fizuli şəhəri və rayonun daha bir neçə kəndi işğaldan azad olunub.
Offsideplus.az bildirir ki, bu barədə Prezident İlham Əliyev xalqa müraciəti zamanı məlumat verib.  
"Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğaldan azad edilib: Qoçəhmədli kəndi, Çimən kəndi, Cularlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri işğaldan azad edilib", deyə Prezident bildirib. 
Ölkə başçısı bu münasibətlə xalqı təbrik edib.