Koronavirus pandemiyası səbəbi ilə bir çox idmançılar karantin günlərini öz evlərində keçirir.

Offsideplus.az xəbər verir ki, idmançılar maraqlı məşğuliyyətlərini sosial şəbəkələrdə izləyiciləri ilə bölüşürlər. Bəzi idmançılar isə qeyri-adi paylaşımları ilə diqqətləri çəkir. Belə idmançılardan biri də məşhur italiyalı motosiklet yürüşçüsü Mişel Fabriziodur. Şəxsi instagram hesabından yarıçılpaq paylaşım edən 35 yaşlı idmançı izləyicilərin diqqətini çəkib.

 

Eyni formada çəkilən şəkili paylaşanlardan biri də daha bir məşhur motosikletçi Marko Melandrinin sevgilisi və eyni zamanda da idmançı Manuele Rafaetta olub.