Türkiyədə yayımlanan məşhur "Survivor" yarışmasının iştirakçıları dünən efirə gedən buraxılışda koronavirusun bütün dünyada pandemiya elan olunduğunu öyrənib.

Offsideplus.az  xəbər verir ki,  realiti-şouda iştirakçılara bu barədə aparıcı və layihə rəhbəri Acun Ilıcalı məlumat verib.

 Yarışın "Ünlülər" komandasında yarışan azərbaycanlı kikboksçu Pərviz Abdullayevə isə iki oğlu olduğu üçün ailəsi ilə danışmaq icazəsi verilib.