Realmadrid Fondu (RMF) Bakıda məşqçilər üçün seminar keçirib.

Offsideplus.az xəbər verir ki, RMF-nun beynəlxalq zona üzrə meneceri İqnasio Abaskal bu məqsədlə Bakıya gəlib.

17-25 fevral tarixlərində baş tutan layihəni Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Realmadrid Fondu ilə birgə həyata keçirib.
Seminarda Real Madrid Fondunun Azərbaycan Sosial Futbol Məktəbinin 7 məşqçisi ilə yanaşı uşaq futbolunda çalışan bəzi gənc mütəxəsislər də iştirak edib. Tədbirin yekununda iştirakçılara xüsusi sertifikatlar verilib.
Realmadrid Fondunun Azərbaycan Sosial Futbol Məktəbinin baş kordinatoru Vaqif Ayvazov 2013-cü ildən fəaliyyət göstərən məktəbin 3-cü dəfə bu cür beynəlxalq tədbirə ev sahibliyi etdiyini bildirib.
Qeyd edək ki, Realmadrid Fondunun Azərbaycan Sosial Futbol məktəbi 6 ildir fəaliyyət göstərir. 2013-2018-ci ili əhatə edən ilk layihənin uğurlu alınmasına görə 2018-ci ilin yanvar ayında yeni müqavilə imzalanıb.