Dünyanın ən yaxşı futbol məşqçilərinin reytinq siyahısı açıqlanıb.

Offsideplus.az xəbər verir ki, planetin ən yaxşı 1000 futbol mütəxəssisinin yer aldığı siyahıda Azərbaycan yenə bir məşqçi ilə təmsil olunub. “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov 1054 xalla dünyanın 565-cisidir.  O, ötən ayla müqayisədə 3 pillə irəliləyib.

Qeyd edək ki, siyahıya “Liverpul”un baş məşqçisi Yurgen Klopp başçılıq edir. Almaniyalı mütəxəssisin aktivində 15 min 727 xal var.