1945-ci il təvəllüdlü Ezz Ed-Din Bahader Misirin 3-ci liqa təmsilçisi “6th October” futbol klubu ilə müqavilə bağlayıb.

Offsideplus.az xəbər verir ki, məlumat Misir Futbol Futbol Assosiasiyasının “Facebook” səhifəsində dərc edilib.

75 yaşlı futbolçu “6th October” klubunun heyətində iki oyun keçirəcəyi təqdirdə ən yaşlı peşəkar futbolçu kimi Ginnesin Rekordlar kitabına düşəcək.