Ukraynalı bloqqer Mixail Smolov “Neftçi” – “Dinamo” (Kiyev, Ukrayna) matçı haqda fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Smolov, “Neftçi” haqda danışarkən "Qarabağ"ı xatırlayıb:

“Legiya” ilə gərgin oyundan sonra 2-ci yoxlama görüşü bir az asan olacaq. Çünki “Dinamo” “Legiya”dan güclü rəqib seçmədi, əksinə, eniş etdi. Hər komandanın təlim-məşq toplanışı üçün planları olur. “Dinamo” da azərbaycanlıları seçdi. Azərbaycan haqda danışanda bir komandanı – “Qarabağ”ı nəzərdə tuturuq. “Qarabağ”la çempionluq yarışında olan komandalar da var. “Neftçi” 7 komandanın siyahısında 1-ci yerdədir”.

Bu gün keçiriləcək “Neftçi” – “Dinamo” matçı saat 18:00-da start götürəcək.