Mövsümün əvvəlində "Real"a transfer olunan Eden Hazard çəkisinin artıq olduğunu etiraf edib.

Offsideplus.az xəbər verir ki, belçikalı futbolçu performansına artıq çəkisinin təsirindən danışıb:

"Düzdür, heçnəyi gizlətməyəcəm. Tətil üçün vaxtım olarsa, istirahət şansını qaçırtmıram. Ötən yay 5 kq artıq çəkim var idi. Ancaq mən çəkidən tez xilas olan biriyəm. Düzgün çalışaraq formumu bərpa edə bilirəm. "Lill"də çıxış edərkən, 72 kq idim. Sonra əzəli kütləsi qazandım və çəkim 75 kq oldu. Tətildən sonra isə bu rəqəm 80 kq çıxdı. Ancaq çalışaraq artıq 10 kq çəkimi ata bildim".

Qeyd edək ki, Eden Hazardın bu mövsüm "Real"dakı çıxışı gözləniləndən aşağı olub. Futbolçunun zədəsi də buna təsir göstərib.