A Seriyasının "Roma" - "Yuventus" matçında qol vurduqdan sonra zədələnən Merih Demiralın tibbi müayinədən sonra çarpaz diz bağlarının qopduğu müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, bu səbəbdən türk futbolçu üçün mövsüm erkən bitib. AVRO-2020-yə qədər sağalıb-sağalmayacağı müzakirə olunan Demiral sosial media hesabında paylaşım edərək ona dəstək olanlara təşəkkürünü bildirib: "Yaşadığım zədə ilə bağlı yazan, dəstək olan hər kəsə təşəkkür edirəm. Avropa Çempionatında görüşənədək".

"Corriere dello Sport" Turin təmsilçisinin Merih Demiralı müalicə üçün ölkə xaricinə göndərəcəyini yazıb. Futbolçu əməliyyat olunacaq və ardınca reabilitasiya dönəmi başlayacaq. Xəbərdə futbolçunun Avropa çempionatına yetişməsininin çətin olduğu qeyd olunub.

Digər tərəfdən isə, Demiralın "Avropa Çempionatında görüşənədək" yazması onun turnir başlayana qədər sağala biləcəyinə işarə kimi qəbul olunub.