İngiltərənin “Delloitte” şirkəti 2018/2019 mövsümündə ən çox gəlir əldə edən futbol klublarının siyahısını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, "böyük beşlik" ölkələrinin təmsilçiləri yer aldığı siyahıda ilk sırada ötən mövsümdə rekord məbləğ - 840,8 milyon avro gəlirlə İspaniyanın “Barselona” klubu yer alıb. İspaniyanın digər təmsilçisi “Real”ın qazancı 757,3 milyon avro olub.

Üçüncü sırada isə 711,5 milyonluq  avro ilə “Mançester Yunayted”dir.

Image result for Barça tops Deloitte's Football Money League for the first time