Millimizin üzvü Rüfət Dadaşov karyerasını ABŞ-da davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, hücumçu "Feniks Rizinq"də çıxış edəcək.

Futbol üzrə Azərbaycan yığmasının köməkçi məşqçisi Arif Əsədov saytımıza açıqlamasında forvadın Şimali Amerika klubuna keçidini şərh edib:

"Keçid milli komanda üçün xeyirli oldu. Bu, oyunçunun şəxsi seçimidir. Özünün şəxsi inkişafı üçün düzgün qərar verib. Əsas heyətin daimi üzvü olsa, millimiz üçün də xeyirli keçid olacaq. Yeni gələn məşqçi kim olsa, çox böyük ehtimal Rüfətin ABŞ-da oynamasını nəzərə alıb yığmaya dəvət edəcək".

Image result for Arif Əsədov

Arif Əsədov Rüfət Dadaşovun "Paderborn"a keçməməsinə də münasibət bildirib:

"Yenə deyirəm bu, futbolçunun seçimidir. Burada 2 amil öz təsirini göstərir. Birinci maliyyə, ikincisi isə inkişaf prosesi. Məsələn, "Arsenal"a transfer olunub ehtiyatda qalmaqdansa, ABŞ klubunda əsas heyətdə oynamaq daha yaxşı seçimdir. Fikrimcə, Rüfət də bu akseptdən yanaşıb məsələyə. Maliyyə şərtləri də uyğun olub ki, "Feniks Rizinq"i seçib".