Offsideplus.az xəbər verir ki, zirvədə PSJ-nin hücumçusu Kilian Mbappe qərarlaşır.

Fransa millisinin üzvü 265,2 milyon avroluq qiymətlə siyahıya başçılıq edir. Onu “Mançester Siti”nin vingeri Rahim Sterlinq izləyir. İngiltərəli oyunçunun dəyəri 223,7 milyon avro göstərilib. “Liverpul”un aparıcı siması Məhəmməd Salah isə ilk "3-lüy"ü qapayır.

Avropanın "böyük beşlik" ölkələrində çıxış edən futbolçuların dəyəri yaş, oynadıqları liqa, mövqeləri və bəzi statistik göstəricilərə əsasən hesablanıb.

2020-ci ilin ilk siyahısında "Qızıl top"un son qalibi Lionel Messi 8-ci pillədə qərarlaşıbsa, digər ulduzlardan Neymar 19-cu (100,4 milyon), Kriştianu Ronaldo (80,3 milyon) isə 49-cu yerdədir.