Offsideplus.az nəşrin rəsmi saytına istinadən xəbər verir ki, mükafatı 6-cı dəfə qazanan İspaniyanın “Barselona” komandasının kapitanı Lionel Messi ən yaxın izləyicisi İngiltərə “Liverpul”nun futbolçusu Vircil van Deyki 7 xal qabaqlayıb. Argentinalı forvard 686 xalla qalib olduğu halda, niderlandlı müdafiəçi 679 xal toplayıb. Səsvermədə iştirak edənlər ümumilikdə 69 dəfə Van Deykin, 61 dəfə isə Messinin adını birinci qeyd ediblər.

“Yuventus”nun portuqaliyalı hücumçusu Kriştianu Ronaldo isə 476 xalla 3-cü olub.