Offsideplus.az Rusiyanın birinci kanalına istinadən xəbər verir ki, idmançı mərkəzə atasının adını (Əbdülmanap Nurməhəmmədov) verib.

Gələcək çempionlar üçün nəzərdə tutulmuş universal idman kompleksinin tikintisi 10 ay çəkib.

Burada 6 yaşdan yuxarı uşaqlar idmanla məşğul ola bilər. Mərkəzdə boks, sambo, cüdo və idman döyüşü ilə məşğul olmaq üçün zallar var. Mərkəz müasir trenajorlarla təchiz edilib.

Həbib Nurməmmədov gələcəkdə bu mərkəzin analoqunu dünya şəhərlərində açıb zallar şəbəkəsi yaratmaq niyyətindədir.