Offsideplus.az-ın məlumatına görə, niderlandlı ulduz jurnalistin "Ronaldo mərasimə gəlməyib, rəqiblərinizdən biri azalıb" fikrinə "O rəqib idi ki?" deyə cavab verib. 28 yaşlı mərkəz müdafiəçisi tədbirdən sonra isə Messinin mükafata layiq olduğunu söyləyib: "Messi 6-cı dəfə bu titula yiyələndi. Ona hörmətlə yanaşmaq lazımdı. Məndən bir az yaxşı idi".

Virgil Van Dijk attended the Ballon d'Or awards with his wife Rike Nooitgedagt

Van Deykin sözləri Ronaldonun bacısı Katyanın narazılığına səbəb olub. O, instaqram hesabında etdiyi paylaşımda oyunçunu açıqlamasına peşman edib: "Bəzi insanlar qıcıq yaradırlar. Səmimi deyillər və təvazökarlıqdan uzaqdırlar. Sənin 1 dəfə etdiyini, Ronaldo 1000 dəfə edib. Ronaldo 3 fərqli liqada çempion olub. Van Deyk oynadığı liqada hələ də çempion ola bilməyib. Sənin oynadığın ölkədə Ronaldo ən yaxşı və çox qol vuran oyunçu olub. Üstəlik, səndən daha gənc yaşda. Ronaldo və dostları sənin komandanı Millətlər Liqasının finalında əzdi. O, ən zəif vaxtında belə, səndən çox çempionluq sevinci yaşayıb".

Vircil van Deyk isə bu paylaşımdan sonra o fikirləri zarafatla dediyini söyləyib.

Image