"Çelsi"nin əfsanəvi oyunçusu Didiyer Droqba "Qızıl top"un təqdimat mərasimində maraqlı açıqlama ilə diqqət çəkib. 

Offsideplus.az xəbər verir ki, Droqba Mappe ilə bağlı 10 il əvvəlki xatirəsini bölüşüb: 

"10 il əvvəl "Çelsi" - "Barselona" oyunundan sonra 1 uşaq yaxınlaşaraq şəkil çəkdirmək istədi. Mən isə nəticə və idarəçilik səbəbindən "yox" dedim. Sonradan o uşağın Mbappe olduğunu öyrəndim. İndi borcumu qaytarmaq istəyirəm".

Droqba bu sözləri dedikdən sonra telefonunu çıxararaq Mbappe ilə selfi çəkdirib.