"Yuventus"un futbolçusu Kriştiano Ronaldo bu gün Bakı vaxtı ilə saat 23:30-da başlayacaq "Qızıl top"un mükafatlandırma mərasiminə qatılmayacaq.

Offsideplus.az-ın Fransa mətbuatına isitnadən məlumatına görə, finalçılardan biri olan portuqaliyalı hücumçu tədbirin keçiriləcəyi Parisə getməyib. Ronaldonun bu gün Milandakı qala gecələrindən birində olacağı bildirilib. Onun həmin mərasimdə mükafat alacağı gözlənilir.

"Yuventus" "Twitter" hesabından Matteys de Liqtin Fransaya yola düşdüyü görüntüləri paylaşıb.

Qeyd edək ki, "France Football" nəşri tərəfindən ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatını "Barselona"nın hücumçusu Lionel Messinin qazanacağı gözlənilir.