Fransa millisi Avropa çempionatı öncəsi yoldaşlıq görüşü üçün rəqib axtarışını davam etdirir.

Offsideplus.az xəbər verir ki, fransa mətbuatı bir neçə komandanın dünya çempionları ilə oynamaqdan imtina etdiyini yazıb.

Həmin komandalardan Belçikanın imtina səbəbi həm mümkün məğlubiyyət ehtimalının futbolçulara mənfi təsiri, həm də FİFA reytinqində ilk pilləni əldən çıxarmaq istəməməsidir.