Zlatan İbrahimoviçin "Hammarbyu” klubunun həmsahibi olması, "Malmö” azarkeşlərini qəzəbləndirib.  
Offsideplus.az xəbər verir ki, "Malmö” fanatları buna görə İbranı ittiham ediblər. Klubun azarkeş qrupunun vitse-prezidenti Kave Hosseynpur fanatların Zlatana qəzəbi barədə danışıb: 
"Zlatan "Malmö” ilə körpünü nüvə bombası ilə yandırdı. İndi o, radioaktivdir. Onun bu hərəkəti fanatlara çox pis təsir etdi.  Zlatan reallıq hissini itirib. Biz isə hesab edirik ki, onun hərəkəti satqınlıqdır”.