"Lester”in hücumçusu Keleçi İxeanaço "Everton”la oyun (2:1) barədə danışıb. 
Offsideplus.az  xəbər verir ki, nigeriyalı futbolçu bu mövsüm Premyer Liqada ilk qolunu vurub. O, Vardiyə qol ötürməsi də edib: 
"Bu məqamı gözləyirdim. Bilirdim ki, nə vaxtsa şansım olacaq. Çox şadam ki, bu gün həm qol vurdum, həm də Vardiyə qol ötürməsi etdim. Məni "mister VAR” çağırın. Bilirdim ki, oyundankənar vəziyyətdə olmamışam və qolu qaydalar çərçivəsində vurmuşam. Sevinirəm ki, vurduğum qolu saydılar”.
"Lester” 14 turdan sonra 32 xal toplayaraq, turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.