İngiltərə “Tottenhem”nin baş məşqçisi təyin olunan Joze Mourinyonun qazancı  açıqlanıb.

Offsideplus.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, 56 yaşlı portuqaliyalı mütəxəssisin illik əmək haqqısı 17,5 milyon avro təşkil edəcək. O klubun dünən istefaya göndərilən məşqçisi Maurisio Poçettinodan ikiqat çox maaş alacaq, Poççetinoda bu rəqəm 9 milyon avro idi.

Qeyd edək ki, Mourinyo bu gün “Tottenhem”lə 2022/23 mövsümünün sonuna qədər müqavilə bağlayıb. Klub hazırda Premyer Liqada 12 turdan sonra 14 xalla 14-cü pillədə qərarlaşıb.